Modern.az

Mirzoyan kanadalı nazirlə Azərbaycanı müzakirə edib

Mirzoyan kanadalı nazirlə Azərbaycanı müzakirə edib

Dünya

2 Dekabr 2022, 15:52

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kanadanın XİN başçısı Melani Joli ilə görüş keçirib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Polşanın Lodz şəhərində keçirilən toplantısı çərçivəsində baş tutub.

 

Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Bildirilib ki, kanadalı diplomat Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının regionda sabitliyin qorunmasındakı rolunu yüksək qiymətləndirib və missiyanın fəaliyyətinə dəstəyini ifadə edib. Həmçinin Kanadanın İrəvanda səfirlik açması məsələsi müzakirə olunub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu