“Soros fondu” kimi tanınan “Açıq cəmiyyət” fondunun Ermənistandakı filialı təşkilatın beynəlxalq şəbəkəsindən çıxacaq.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, artıq bununla bağlı qərar qəbul olunub.
Qərara əsasən, fondun Ermənistan filialı müstəqil təşkilat kimi fəaliyyətini davam etdirəcək. Bununla belə, 2025-ci ilədək maliyyələşmənin müəyyən hissəsi beynəlxalq “Soros fondu” tərəfindən qarşılanmağa davam edəcək.
Qeyd edək ki, bundan əvvəl vəkillər Tiqran Atanesyan və Marqarita Qulumyan məhkəmədən təşkilatın Ermənistanda fəaliyyətinin dayandırılmasını tələb ediblər. Onlar bu tələblərini fondun ölkənin təhlükəsizliyi əleyhinə fəaliyyət göstərdiyi iddiası ilə əsaslandırıblar.