Modern.az

Erməni komandir oğurluq etdi

Erməni komandir oğurluq etdi

Dünya

2 Dekabr 2022, 18:16

Ermənistanda hərbi hissə komandiri yanacaq üçün ayrılan vəsaiti mənimsəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

 

Yüksək rütbəli hərbçi bir il ərzində 8 tondan çox benzin və dizel yanacağı talonunu mənimsəyib. Onun 1 il ərzində mənimsədiyi yanacaq talonlarının pul ekvivalentində ümumi dəyəri 2,44 milyon dram (6 min ABŞ dolları) təşkil edib.

 

Özünü təqsirli bilən şəxs əməllərini etiraf edib, dövlətə dəymiş ziyanı da ödəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?