Modern.az

Rusiyaya qarşı sanksiyaları pozanlar həbs olunacaq

Rusiyaya qarşı sanksiyaları pozanlar həbs olunacaq

Dünya

2 Dekabr 2022, 19:51

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarından yayınanları cinayət məsuliyyətinə cəlb etmək təklifini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin ali icraedici orqanının bəyanatında qeyd olunur.

 

Bildirilir, Aİ-nin sanksiyalarını pozan şəxslər 5 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bu halda şirkətlər il ərzində ümumi qlobal dövriyyənin ən azı 5%-i həcmində cərimə olunacaqlar.

 

Avropa Komissiyası həmçinin sanksiyaların pozulmasının ciddi cinayət olduğunu bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu