Modern.az

Almaniya Ukraynaya “Gepard” sistemləri verəcək 

Almaniya Ukraynaya “Gepard” sistemləri verəcək 

Dünya

2 Dekabr 2022, 21:20

Almaniya Ukraynaya daha yeddi ədəd "Gepard" özüyeriyən zenit qurğusu verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı yazıb.

 

Ukraynaya eyni zamanda 100 min fərdi tibbi dəst tədarük ediləcək. 

 

Nəşr qeyd edir ki, zenit qurğuları hazırda Münhendə yerləşən "Krauss-Maffei Wegmann" (KMW) silah şirkətində təmir olunur və yazda Ukraynaya təhvil veriləcək. 

 

Ötən həftə Almaniya Ukraynaya üç zirehli "Beaver" körpü konstruksiyası, səkkiz sualtı dron, 12 sərhəd mühafizə maşını, 4000 yuxu kisəsi, 30 təcili yardım maşını və Mİ-24 helikopterləri üçün ehtiyat hissələri göndərib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu