Modern.az

Kabildə Pakistan səfirliyinə hücum edildi - Yaralı var

Kabildə Pakistan səfirliyinə hücum edildi - Yaralı var

Dünya

2 Dekabr 2022, 22:34

Pakistanın Əfqanıstandakı səfirliyinə silahlı hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Hücum zamanı səfirliyin təhlükəsizlik işçilərindən biri yaralanıb. Kabildə yerləşən səfirliyə hücum görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

 

Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında bu hücumu "sui-qəsd cəhdi" adlandırıb və hadisəni törədənlərə qarşı müvafiq tədbir görülməsini tələb edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu