Modern.az

Bolqarıstan Ukraynaya hərbi yardım ayırdı

Bolqarıstan Ukraynaya hərbi yardım ayırdı

3 Dekabr 2022, 00:14

Bolqarıstan parlamenti Ukraynaya hərbi yardım göstərilməsinə razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Bgnes" agentliyi məlumat yayıb.

 

Hərbi yardım çərçivəsində Ukraynaya atıcı silah və sursat veriləcək.

 

Qeyd olunur ki, yardımların həcmi və növləri haqqında məlumat parlamentin qərar layihəsinin gizli hissəsinə əlavə edilib və ictimaiyyətə açıqlanmayacaq.

 

Eyni zamanda bildirilir ki, Bolqarıstan Müdafiə Nazirliyi Ukrayna ilə hərbi yardımın növü və həcmi ilə bağlı məsləhətləşmələr aparır.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu