Modern.az

Əsəd Ərdoğanla görüşmək istəmədi - İDDİA

Əsəd Ərdoğanla görüşmək istəmədi - İDDİA

3 Dekabr 2022, 00:50

Suriya Prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək istəmir.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

İddialara görə, agentliyin mənbələri Əsədin Ərdoğanla görüş təklifini qəbul etmədiyini bildirib.

 

Qeyd edək ki, Ərdoğan ötən həftə Bəşər Əsədlə görüşmək istədiyini elan edib. “Əsədlə görüş ola bilər, siyasətdə küskünlük olmaz, sonda addımlarımızı atacağıq”, - deyə Ərdoğan bildirib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu