Modern.az

ABŞ-ın yeni bombardmançı təyyarəsi - VİDEO

ABŞ-ın yeni bombardmançı təyyarəsi - VİDEO

Dünya

3 Dekabr 2022, 11:44

ABŞ nüvə silahı daşımaq imkanına malik yeni nəsil “B-21 Raider” strateji bombardmançı təyyarəsini təqdim edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri 34 ildən sonra ilk dəfə olaraq yeni nəsil bombardmançı təyyarəni nümayiş etdirib.

 

B-21 təyyarəsinin sələfi “B-2 Spirit” ilk uçuşunu 1989-cu ilin iyulunda həyata keçirmişdi.

 

Məlumata görə, “Stels” texnologiyası ilə təchiz olunan təyyarə dünyada ilk altıncı nəsil bombardmançıdır. O həm adi silahlar, həm də nüvə silahı daşıya bilir.

 

Təyyarə, eyni zamanda “bulud texnologiyaları” ilə işləyir ki, bu da döyüş tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək üçün onun “rəqəmsal əkizini” yaratmağa imkan verir.

 

Qeyd edilib ki, “B-21 Raider” təyyarəsinin 2023-cü ildə havaya qalxacağı gözlənilir. Bombardmançıların ilk dislokasiya yeri Hərbi Hava Qüvvələrinin Cənubi Dakota ştatındakı “Ellsworth” bazası olacaq. Sonradan onlar Missuri ştatındakı “Uaytmen” və Texas ştatındakı “Dayse” aviabazalarına köçürüləcək.

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu