Modern.az

Mirzoyan ABŞ rəsmisilə Azərbaycanı müzakirə etdi

Mirzoyan ABŞ rəsmisilə Azərbaycanı müzakirə etdi

Dünya

3 Dekabr 2022, 18:08

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.

 

Mirzoyan və Filip Riker Ermənistan ilə Azərbaycan arasında sərhədin demarkasiyası, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu