ABŞ Hərbi Dəniz Qüvvələri dekabrın 1-də Oman körfəzində 50 ton sursat olan balıqçı gəmisini ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gəmi İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə 50 tondan çox sursat, raket yanacağı daşıyırmış.
Qeyd edək ki, ABŞ hərbi gəmiləri 2019-cu ildən Omandakı limanlara nəzarət edir.
Akif İsmayılov