Modern.az

Qırğızlar və taciklər arasında kütləvi dava - Atəş açıldı

Qırğızlar və taciklər arasında kütləvi dava - Atəş açıldı

3 Dekabr 2022, 21:37

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında toqquşma olub.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb.

 

Bildirilib ki, Somoniye (Tacikistan) kəndindən Dahma kəndinə keçərkən qırğızların ünvanına təhqiramiz ifadələr işlətməyə başlayan Tacikistan vətəndaşları ilə Qırğızıstan sakinləri arasında dava düşüb.

 

Tərəfləri ayırmaq üçün üç dəfə havaya xəbərdarlıq atəşi açılıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu