Modern.az

Pakistanda polislərə silahlı hücum - Ölənlər var

Pakistanda polislərə silahlı hücum - Ölənlər var

3 Dekabr 2022, 22:38

Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimalında yerləşən Noşera bölgəsində patrul xidməti həyata keçirən polislər atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilir ki, hadisə zamanı üç polis əməkdaşı öldürülüb. Rəsmilər hücum edənlərin kim olduğu barədə məlumat verməyib.

 

"Təhrik-e-Taliban Pakistan"  terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu