Modern.az

Rusiya neftin 60 dollar olmasına razılıq vermədi

Rusiya neftin 60 dollar olmasına razılıq vermədi

3 Dekabr 2022, 23:10

Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

 

Xatırladaq ki, Avropa İttifaqı, G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barelinin qiymətini 60 dollar məbləğində müəyyən ediblər.

 

Peskov ölkəsinin bu qərarla razı olmadığını və vəziyyətlə bağlı təcili təhlil aparıldıqdan sonra qərar veriləcəyini bildirib.

 

Hökumət sədrinin müavini Aleksey Novak da qeyd edib ki, Rusiya qiymət həddi müəyyən etmiş ölkələrə neft ixrac etməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu