Modern.az

Rusiyaya qarşı 9-cu sanksiyalar paketi artıq qapıdadır

Rusiyaya qarşı 9-cu sanksiyalar paketi artıq qapıdadır

Dünya

5 Dekabr 2022, 15:00

Avropa Komissiyası və Avropa İttifaqı ölkələrinin nümayəndələri həftəsonu Rusiyaya qarşı 9-cu sanksiyalar paketini müzakirə edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sanksiya siyahısına 180 yeni maddənin əlavə edilməsi təklif olunub.

 

Məlumata görə, texnologiya, maliyyə və media sahəsində məhdudiyyət tədbirlərinin müzakirəsi davam edir.

 

Avropa İttifaqı sammitinin və qurumun Xarici Əlaqələr Şurasının gələn həftə keçiriləcək iclasına qədər yeni sanksiyalar paketinə dair razılıq əldə olunacağı gözlənilir.

 

Belə ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Rusiyaya qarşı növbəti məhdudiyyətlər paketi üzərində fəal iş getdiyini vurğulayıb. Bildirib ki, Avropa İttifaqı Rusiya iqtisadiyyatını zəiflətmək üçün çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?