Modern.az

Ukrayna işıqsız qaldı

Ukrayna işıqsız qaldı

Dünya

6 Dekabr 2022, 08:20

Rusiya ordusunun raket zərbələrindən sonra Ukraynanın bütün ərazilərində elektrik şəbəkəsində qəza açılması baş verib.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrenerqo şirkəti məlumat verib.

 

Bildirilib ki, raket hücumu nəticəsində enerji sistemində mürəkkəb, lakin nəzarət ediləbilən vəziyyət yaranıb. Məlumata görə, Ukraynanın enerji sistemi öz bütövlüyünü qoruyub-saxlayıb və Avropa şəbəkəsi ilə sinxron işləyir.

 

Təmir briqadaları gecə boyu şəbəkənin bərpası ilə məşğul olub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu