Modern.az

Ermənistan müxalifəti yenidən aksiyalara BAŞLAYIR

Ermənistan müxalifəti yenidən aksiyalara BAŞLAYIR

Dünya

6 Dekabr 2022, 14:12

Ermənistan parlamentində müzakirələrdən sonra müxalifət qüvvələri ölkədə yeni etiraz aksiyalarına start verilməsini gündəmə gətirib.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə müxalif “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan danışıb.

 

“Vəziyyət ümidsiz deyil, baxmayaraq ki, vətəndaşların bir qismi arasında apatiya var, onu dəyişmək olar”, - deyə Xaçatryan söyləyib.

 

Ölkədə etiraz aksiyalarının keçiriləcəyini vurğulayan deputat dəqiq tarix barədə məlumat verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?