İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə keçirilən etiraz aksiyalarını dəstəkləyib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib.
Sabiq islahatçı lider qeyd edib ki, "Qadın, həyat, azadlıq!" şüarı ilə cəmiyyət daha yaxşı gələcəyə doğru hərəkətini göstərir.
1997-2005-ci illərdə İran prezidenti olmuş Hatəmi hazırkı hakimiyyəti sərt tənqid edib.