Modern.az

Taliban ilk ölüm hökmünü icra edib

Taliban ilk ölüm hökmünü icra edib

Dünya

7 Dekabr 2022, 20:32

Taliban hərəkatı Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk ölüm hökmünü icra edib.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabihullah Mücahid məlumat verib.

 

Qətl törətməkdə təqsirləndirilən şəxsin Fərəh vilayətində edam edildiyi bildiriliB.

 

Edamda hərəkatın yüksək vəzifəli üzvləri, o cümlədən Ali Məhkəmənin hakimi Mücahid, ölkənin daxili və xarici işlər nazirlərinin səlahiyyətlərini icra edən Siracuddin Haqqani və Əmir Xan Müttəki iştirak ediblər.

 

Qeyd edək ki, ötən ilin avqustun 15-də Taliban Kabilə daxil olub və ertəsi gün Əfqanıstanda müharibənin başa çatdığını elan ediblər. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu