Modern.az

Təyyarə təcili eniş etdi - 28 nəfər qaçmaq istədi

Təyyarə təcili eniş etdi - 28 nəfər qaçmaq istədi

Dünya

7 Dekabr 2022, 23:13

Mərakeşdən Türkiyəyə uçan "Pegasus" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İspaniyanın Barselona şəhərində məcburi eniş edib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Barselonaya təcili eniş edən təyyarədən düşən 28 nəfərlik qrup uçuş-enmə zolağında qaçmağa çalışıb 

 

İspaniya polisinin məlumatına görə, yalandan doğuş sancılarının artığını bildirən hamilə qadın da daxil olmaqla 14 nəfər saxlanılıb.

 

Saxlanılan 14 nəfərdən 5-nin yenidən təyyarəyə mindirildiyi, qalanlarının isə Mərakeşə deportasiya ediləcəyi qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu