Modern.az

Peruda siyasi böhran - Nazirlər istefa verdi, parlament buraxıldı 

Peruda siyasi böhran - Nazirlər istefa verdi, parlament buraxıldı 

Dünya

7 Dekabr 2022, 23:24

Peru prezidenti Pedro Kastillo ölkə parlamentini buraxıb.

 

Modern.az xəbər verir ki, o, Peruda fövqəladə hökumətin qurulduğunu açıqlayıb.

 

Prezident yeni konqresə seçkilər keçirilərək 9 ay ərzində yeni konstitusiya hazırlanacağını bildirib.

 

Kastillo qeyd edib ki, Konqres qanunun aliliyini və demokratiyanı məhv edib. O, parlamentariləri çevrilişə cəhd etməkdə və "Konqres diktaturası" qurmaqda ittiham edib.

 

Peru Konqresi ölkə prezidentini korrupsiyada ittiham edir. Parlamentdə son 17 ay ərzində 3 dəfə prezidentə qarşı etimadsızlıq səsverməsi keçirilib.

 

Prezident Kastillonun Konqresi buraxmaq qərarından sonra müxtəlif siyasi bloklardan olan konqres üzvləri bu addımı “çevriliş” kimi qiymətləndiriblər.

 

Yerli RPP radiosunun məlumatına görə, Peru ordusunun quru qoşunlarının komandanı general Uolter Kordova Aleman prezidentin qərarına görə istefa verib.

 

Radiostansiyanın məlumatına görə, Peru hökumətinin bir sıra nazirləri də Prezident Pedro Kastilyonun parlamenti buraxmaq qərarına etiraz olaraq istefa veriblər. Üstəlik, indiyədək müdafiə, ədliyyə və insan haqları, iqtisadiyyat, mədəniyyət, təhsil nazirləri, həmçinin XİN rəhbəri vəzifələrindən gediblər.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu