Modern.az

Peru prezidenti HƏBS EDİLDİ 

Peru prezidenti HƏBS EDİLDİ 

8 Dekabr 2022, 00:12

Peru parlamenti ölkə başçısı Pedro Kastilio haqqında impiçment qərarı çıxarıb.

 

Modern.az xəbər verir ki, qərarı 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb.

 

Daha öncə qanunverici orqanın buraxıldığını və komendant saatının tətbiq edildiyini açıqlayan Prezident impiçment qərarından sonra axtarışa verilib.

 

Yerli mətbuat artıq onun həbs edildiyini bildirir.

 

Məlumata görə, ölkənin birinci vitse-prezidenti Dina Boluartenin respublika rəhbəri vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçiriləcək.

 

ABŞ Dövlət Departamenti artıq Kastillonu Peru prezidenti kimi tanımadıqlarını bəyan edib.

 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu