Modern.az

Yeni prezident and içdi

Yeni prezident and içdi

8 Dekabr 2022, 08:40

Pedro Kastilyonun həbsindən sonra Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı kimi and içib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərasim parlamentin sosial şəbəkələrdəki səhifəsində canlı yayımlanıb.

 

Birinci vitse-prezident çıxışında qeyd edib ki, o, Kastillonun konqresi buraxmaq qərarını pisləyir, çünki bu, konstitusiya quruluşuna ziddir.

 

Bundan əlavə, Dina Boluarte Peru konstitusiyasına uyğun olaraq üzərinə götürdüyü prezident vəzifəsini 2026-cı il iyulun 26-dək vicdanla yerinə yetirəcəyinə söz verib. Yeni prezident həmçinin bütün siyasi qüvvələri dialoqa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu