Modern.az

Sərhəddə casus tutuldu, gizli faktlar üzə çıxdı

Sərhəddə casus tutuldu, gizli faktlar üzə çıxdı

8 Dekabr 2022, 15:00

Türkiyədə Yunanıstana casusluq edən Suriya vətəndaşı saxlanılıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Qaziantep məhkəməsində casusun işinə baxılıb.

 

Muhammad Amar Ampara adlı şəxsin həmçinin Yunanıstan vətəndaşlığına da malik olduğu qeyd edilib.

 

Casus Türkiyə-Suriya sərhədi və Mersin limanı haqqında informasiyalar toplayaraq Yunanıstan xüsusi xidmət orqanlarına ötürüb.

 

O, Suriya ərazisində "Əbu Əhməd" kod adlı qaçaqmalçı ilə də əlaqələr yaradıb. Müxtəlif terror təşkilatları haqqında bilgilər yığmağa çalışan casusun Yunanıstan təhlükəsizlik qurumlarının əməkdaşları ilə mesajlaşması faktları məhkəmədə sübut kimi nəzərə alınıb.

 

Məhkəmə casus haqqında 12.5 il azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu