Modern.az

Türkiyədən qaçmağa çalışan FETÖ-çülər saxlanıldı

Türkiyədən qaçmağa çalışan FETÖ-çülər saxlanıldı

8 Dekabr 2022, 16:30

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçməyə cəhd edən 10 nəfər tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində məlumat yayıb.

 

Hadisə Edirne vilayəti ərazisində baş verib.

 

Bildirilib ki, araşdırmalar nəticəsində saxlanılanlardan 9 nəfərinin FETÖ terror təşkilatının üzvü olduğu məlum olub.

 

Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?