Modern.az

Türkiyə ABŞ-dan konkret addımlar gözləyir

Türkiyə ABŞ-dan konkret addımlar gözləyir

Dünya

8 Dekabr 2022, 17:04

“Güclü Türkiyə Silahlı Qüvvələri həm də güclü NATO deməkdir”.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

“Hazırda 40 ədəd “F-16”nın tədarükü, eləcə də Hava Qüvvələri Komandanlığına aid olan 79 təyyarənin modernizasiyası ilə bağlı işlər görürük. ABŞ tərəfindən müsbət yanaşmanın şahidi olduq. ABŞ-dan konkret addımlar gözləyirik. Güclü Türkiyə Silahlı Qüvvələri həm də güclü NATO deməkdir”, - deyə nazir vurğulayıb.

 

O, terrorla mübarizə mövzusunda öhdəliklərini yerinə yetirmək üçün NATO-dakı müttəfiqlərdən dəstək gözlədiklərini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu