Modern.az

Almaniya Ukraynaya zirehli maşınlar göndərdi

Almaniya Ukraynaya zirehli maşınlar göndərdi

8 Dekabr 2022, 18:59

Almaniya hökuməti Ukraynaya 20 ədəd “Dinqo” zirehli texnikası göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin saytında məlumat verilib.

 

Ukrayna ordusuna 2 ədəd ağır tonnajlı M1070 qoşqu texnikalarının da verildiyi bildirilir. Beləliklə Ukraynaya təhvil verilən "Dinqo" maşınlarının sayı 50-yə, M1070 texnikalarının sayı isə 12-yə çatıb.

 

Yeni hərbi yardım paketinə 18 ədəd 155 mm çaplı artilleriya qurğusu, 80 pikap tipli maşın, 90 ədəd pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemi və digər texnikalar daxildir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu