Modern.az

Yeni qanun Lozan müqaviləsinə ziddir - Çavuşoğlu

Yeni qanun Lozan müqaviləsinə ziddir - Çavuşoğlu

8 Dekabr 2022, 23:10

Yunanıstan Lozan sülh müqaviləsinin şərtlərini və soydaşlarımızın insan haqlarına dair prinsipial hüquqlarını pozmaqda israrla davam edir. Qərbi Trakya türklərini heç vaxt tək qoymadıq, qoymayacağıq da!

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qərbi Trakya Türk Azlığı Məsləhət Şurasının üzvləri ilə görüşündə deyib.

 

Yunanıstanın yeni müftilik qanununun Lozan sülh müqaviləsinə zidd olduğunu xatırladan nazir Mövlud Çavuşoğlu bildirib “Yunanıstan qanunsuz maliyyə yoxlamaları və əsasız vergi cərimələri tətbiq etməklə türk azlığına qarşı ayrı-seçkilik edir”.

 

Yunanıstanda son 15 ildə türk azlığa məxsus 90-dan çox ibtidai məktəbin bağlandığını diqqətə çatdıran nazir qeyd edib ki, türklərə məxsus məktəblərin yenilənməsinə və genişlənməsinə icazə verməmək, müəllim hazırlanmasına, türkcə dərs vəsaitlərinin nəşrinə mane olmaq kimi əməllərin siyahısı uzundur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu