Modern.az

Rusiya BMT-yə sənəd yolladı – Ukraynaya görə

Rusiya BMT-yə sənəd yolladı – Ukraynaya görə

9 Dekabr 2022, 09:42

Rusiya Birləşmiş Millətlər Təşkilatına (BMT) Ukrayna ilə bağlı sənəd göndərib.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, sənəddə Ukrayna Silahlı Qüvvələri ittiham edilir.

 

Belə ki, Rusiya tərəfi BMT-yə təqdim olunan sənəddə Ukrayna ordusunun Donbas ərazisində mülki insanları hədəf aldığını iddia edib.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazisinə hücumu ilə başlanan müharibə davam etməkdədir. Rəsmi Moskva Ukraynanın Xerson və Zaporojye vilayətlərini, eləcə də qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?