Modern.az

Kuleba: Makronun mövqeyi iyrəncdir

Kuleba: Makronun mövqeyi iyrəncdir

9 Dekabr 2022, 10:00

Fransa Prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya Twitter hesabında yazıb.

 

“Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını öldürüb. İndi də cənab Bax Emmanuel Makrondan sitat gətirir ki, guya “idman siyasiləşdirilməməlidir” və Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir. Müharibə cinayətlərini ağartmaq üçün idmandan istifadə iyrəncdir”, - deyə Kuleba bildirib.

 

Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust tarixlərində keçirilməsi planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?