Modern.az

Türkiyədə fabrik yandı

Türkiyədə fabrik yandı

Dünya

9 Dekabr 2022, 10:44

Türkiyədə fabrikdə yanğın baş verib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Mersin vilayətində qeydə alınıb.

 

Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğının qarşısı alınıb. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı bildirilib.

 

Vilayətin Tarsus rayonunda baş verən yanğın zamanı fabrikə böyük ziyan dəyib.

 

Hazırda hadisənin səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmaların davam etdirildiyi qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu