Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qırğızıstanlı həmkarı Sadır Japarovla görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Kazinform" agentliyi məlumat yayıb.
Görüş Qazaxıstan prezidentinin Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, tərəflər "Ala-Arça" iqamətgahındakı konqres-hollda görüş keçiriblər.
Qeyd edək ki, bu gün Qırğızıstan paytaxtında Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək.