Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Samsun şəhərində təşkil olunub.
Prokurorluğun 4 müxtəlif ünvanda gerçəkləşdirdiyi əməliyyat nəticəsində 4 xarici vətəndaşın saxlanıldığı bildirilib.
İŞİD üzvlərindən götürülmüş rəqəmsal materiallar müsadirə olunub. Hazırda saxlanılanlarla bağlı araşdırmaların aparıldığı, əməliyyatların davam etdiriləcəyi qeyd edilib.