Koreya Respublikasında (Cənubi Koreya) əhalinin yaşının hesablanması ilə bağlı yeni qanun layihəsi qəbul olunacaq.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Yeni qanun ölkədə yaş hesablanması ilə bağlı beynəlxalq standartların tətbiq olunmasını ehtiva edir. Nəticədə insanların hazırda hesab olunan yaşlarının 1-2 il azaldılacağı bildirilib.
Qeyd edək ki, bu vaxta qədər Cənubi Koreyada insanların yaşının hesablanması xüsusi üsulla aparılırdı. Belə ki, uşaqlar anadan olarkən onların 1 yaşı olduğu qəbul edilirdi və hər ilin 1 yanvarında insanların yaşının artdığı hesab olunurdu.