İstanbulun Beşiktaş rayonunda yerləşən Çırağan sarayında yanğın nəzarət altına alınıb.
Modern.az xəbər verir ki, hadisə ilə əlaqədar hoteldə olan şəxslər təxliyə edilib.
Yanğın zamanı 3 işçinin tüstüdən zəhərləndiyi bildirilir.
***
Türkiyənin İstanbul şəhərindəki məşhur Çırağan sarayında yanğın olub.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Beşiktaş rayonunda yerləşən sarayda hansı səbəbdən yanğının baş verməsi hələlik məlum deyil.
Bildirilib ki, hazırda sarayın otel hissəsində yanğının söndürülməsi üçün işlər davam edir.