Modern.az

“Əsgərlərimizin gücü sayəsində böhranın qarşısını aldıq” – Zelenski

“Əsgərlərimizin gücü sayəsində böhranın qarşısını aldıq” – Zelenski

9 Dekabr 2022, 13:08

“13 milyondan tondan artıq kənd təsərrüfatı məhsulunu 40-dan çox ölkəyə çatdırmışıq”.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinə ünvanlandığı müraciətində deyib.

 

“Bizim cəsur əsgərlərimizin Rusiyaya ilə müharibədəki gücü, eləcə də diplomatiyamızın gücü sayəsində Qara dənizdəki üç limandan ixracatı bərpa etməyi bacardıq. Burada Türkiyə və BMT ilə birgə fəaliyyətimizlə aclıq böhranının qarşısını aldıq”, - deyə Zelenski bildirib.

 

O, fəaliyyətin Afrika ölkələri tərəfindən hiss olunduğunu xüsusi vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu