Modern.az

Sülhün bərqərar olmasına yardım etməyə hazırıq - ABŞ rəsmisi

Sülhün bərqərar olmasına yardım etməyə hazırıq - ABŞ rəsmisi

Dünya

9 Dekabr 2022, 19:35

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

 

Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar, bundan əlavə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi müzakirə edilib.

 

Donfrid ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu bildirib.

 

Xatırladaq ki, Donfrid dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da telefon danışığı aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu