Modern.az

30 rus diplomat ABŞ-ı tərk edir 

30 rus diplomat ABŞ-ı tərk edir 

Dünya

9 Dekabr 2022, 22:41

Rusiyanın 30 diplomatı ABŞ-ı tərk edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossiya-24” telekanalının efirində deyib.

 

Rus diplomatlar viza məhdudiyyətləri səbəbindən geri qayıdacaq.

 

"ABŞ Rusiyanın ölkədəki diplomatik mövcudluğunu azaltmaq siyasətini davam etdirir. 2023-cü il yanvarın 1-də Dövlət Departamentinin viza məhdudiyyətlərinə görə ABŞ-ı tərk etmək məcburiyyətində qalan daha 30 nəfər bizi tərk edir", - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu