Modern.az

Braziliyanın baş məşqçisi istefa verdi

Braziliyanın baş məşqçisi istefa verdi

9 Dekabr 2022, 23:36

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Tite istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özü bildirib.

 

Baş məşqçi rəhbərlik etdiyi komandanın Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiya yığmasına məğlub olmasından sonra istefa vermək qərarına gəlib.

 

Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb. 2018-ci ildə Braziliya Futbol Konfederasiyası onunla müqaviləni 2022-ci ilə qədər, yəni Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər uzadıb.

 

Qeyd edək ki, Braziliya-Xorvatiya matçı 1:1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında Avropa təmsilçisi rəqbini üstələyib və yarımfinala keçən ilk komanda olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu