Modern.az

Avropa Parlamentinin vitse-prezidenti həbs edildi

Avropa Parlamentinin vitse-prezidenti həbs edildi

Dünya

9 Dekabr 2022, 23:53

Avropa Parlamentinin vitse-prezidenti, deputat Eva Kaili həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

 

O, Qətərdə keçirilən dünya çempionatı ilə əlaqəli korrupsiya işində ittiham edilir. Yunanıstandan olan deputatın Belçikada saxlanıldığı bildirilir, lakin əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, Yunanıstanın PASOK partiyası korrupsiya ittihamından sonra Kailini partiyadan kənarlaşdırıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu