Modern.az

İsveç və Finlandiya spikerləri Türkiyəyə gələcək

İsveç və Finlandiya spikerləri Türkiyəyə gələcək

10 Dekabr 2022, 14:35

Yanvarın ortalarında İsveç və Finlandiya parlamentlərinin spikerləri bu ölkələrin NATO-ya qəbul prosesini müzakirə etmək üçün Türkiyəyə gələcəklər.

Modern.az xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib.


"İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etmək təklifinin parlamentə nə vaxt gələcəyi hökumətin və prezidentimizin izlədiyi proses kontekstində həll olunacaq. Onlar öz üzərlərinə müəyyən öhdəliklər götürüblər. Biz bu prosesi izləyirik. Bu yaxınlarda İsveçin baş naziri Türkiyədə idi. Onun çox səmimi olduğunu gördüm və təəssüfünü bildirdi. Yanvarın ortalarında İsveç parlamentinin sədri və Finlandiya spikeri bura gələcək”, - deyə “Milliyet” qəzeti Şentopun sözlərindən sitat gətirib.


Mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi - Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər