İranda növbəti parlament seçkilərinin vaxtı açıqlanıb.
Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirib.
Rəsmi məlumata görə, İranda 12-ci çağırış parlament seçkiləri 2 mart 2024-cü ildə keçiriləcək.
Qeyd edək ki, İranda İslam Şurası Məclisinə (parlament) seçkilər 4 ildən bir keçirilir. Sonuncu seçkilər 2020-ci ilin fevral ayında keçilmişdi.