Modern.az

Avropa sanksiyalarla bağlı razılığa gələ bilmir

Avropa sanksiyalarla bağlı razılığa gələ bilmir

10 Dekabr 2022, 18:30

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı növbəti sanksiyalarla bağlı razılığa gələ bilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.

 

Bildirilir ki, iştirakçı ölkələrin səfirləri Brüsseldə keçirilən görüşdə doqquzuncu sanksiyalar paketini təsdiqləməyiblər.

 

Radionun məlumatına görə, məsləhətləşmələr həftəsonu baş tutacaq və səfirlərin növbəti görüşü dekabrın 12-nə, bazar ertəsi gününə planlaşdırılıb.

 

Nəşr qeyd edir ki, razılığın olmamasının səbəblərindən biri sanksiyaların doqquzuncu paketi layihəsi üçün təklif olunan çoxlu istisnalardır. 

 

Polşanın Avropa İttifaqındakı səfiri Anjey Sadoş danışıqların indiyədək dalana dirəndiyini bildirib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər