Modern.az

Qara dənizdə daha bir mina zərərsizləşdirildi

Qara dənizdə daha bir mina zərərsizləşdirildi

10 Dekabr 2022, 18:44

Rumıniya Hərbi Dəniz Qüvvələri Qara dənizdə sahilə doğru irəliləyən minanı zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, mina Rumıniyanın Qara dəniz limanından təxminən 4,6 km şimalda aşkar edilib. Mina barədə Türkiyəyə məxsus yük gəmisi məlumat verib. Bununla da mart ayından bəri Rumıniya hərbçiləri tərəfindən zərərsizləşdirilən minaların sayı dördə çatıb.

 

Qeyd edək ki, Ukraynadakı müharibənin başlamasından sonra Qara dənizə çoxlu sayda minalar buraxılıb. Minalar yük daşınmasına mane olur.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər