Modern.az

Türkiyədə ağır qəza - 37 nəfər yaralandı

Türkiyədə ağır qəza - 37 nəfər yaralandı

Dünya

10 Dekabr 2022, 20:37

Türkiyənin Adana şəhərinin Kozan rayonunda əkin işi ilə məşğul olan şəxsləri daşıyan traktor aşıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 37 nəfər yaralanıb.

 

Hadisə yerinə çoxlu sayda jandarma və həkim heyəti göndərilib.

 

Qəzada yaralanan 37 nəfər təcili yardım və şəxsi avtomobillərlə xəstəxanaya aparılıb. Yaralılar arasında vəziyyəti ağır olanlar şəhər xəstəxanasına göndərilib.

 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər