Türkiyə ordusu Suriyanın şimalında terrorçulara qarşı növbəti dəfə əməliyyat keçirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Zeytin dalı" və "Barış Pınarı" bölgələrində 5 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
"Tək məqsədi olduqları bölgədə qan tökmək olan terrorçuları layiq olduqları şəkildə cəzalandırmağa davam edirik", - deyə nazirlik qeyd edib.
Akif İsmayılov