Modern.az

Türkiyənin ilk pilotsuz qırıcısı uçuşa hazırlanır

Türkiyənin ilk pilotsuz qırıcısı uçuşa hazırlanır

11 Dekabr 2022, 22:55

Türkiyənin "Kızılelma" adlı pilotsuz döyüş təyyarəsinin gələn ay sınaqlarına başlana bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Samsun şəhərində keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

Ərdoğan bildirib ki, ölkənin ilk pilotsuz qırıcısı olan “Kızılelma”nın uçuşu bir ay ərzində həyata keçirilə bilər.

 

Qeyd edək ki, "Baykar" şirkəti tərəfindən istehsal edilən pilotsuz qırıcı bir neçə gün əvvəl uçuş-enmə zolağında sınaqlara başlayıb. Təyyarənin 1 tondan çox silah-sursat daşıyacağı deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər