Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən daha bir jurnalist vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Qətərin “Gulf Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, fotoqraf Xalid əl-Misslam hələlik məlum olmayan səbəblərdən ölüb.
Qətərli jurnalist “Al Kass TV”nin fotomüxbiri idi.
Xatırladaq ki, dekabrın 9-da dünya çempionatının 1/4 final matçında “CBS Sports” şəbəkəsində işləyən amerikalı idman jurnalisti Qrant Uol vəfat edib.