Modern.az

Amerikalılar artıq Baydeni İSTƏMİR

Amerikalılar artıq Baydeni İSTƏMİR

12 Dekabr 2022, 09:24

Amerikalı respondentlərin 70 faizi prezident Cozef Baydenin ikinci müddətə namizəd olmasını istəmir. Buna əsas səbəblər sırasında onun yaşlı olması qeyd edilib.

 

Modern.az xəbər verir ki, bu barədə CNBC-nin ümum-Amerika iqtisadi sorğusunun nəticələrində bildirilib.

 

Məlumata görə, respondentlərin 19 faizi Baydeni dəstəkləməyə hazırdır.

 

Bundna əlavəl, sorğu iştirakçılarının 61 faizi Donald Trampın yenidən prezident seçilməsinə qarşı çıxıb. Rəyi soruşulanların 30 faizinin fikrincə, sabiq prezident namizədliyini irəli sürməlidir.

 

Qeyd edək ki, sorğu noyabrın 26-dan 30-dək aparılıb və ümumilikdə 801 respondent iştirak edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər