Modern.az

Türkiyədə leysan həyatı iflic etdi, məktəblər bağlandı

Türkiyədə leysan həyatı iflic etdi, məktəblər bağlandı

12 Dekabr 2022, 09:37

Türkiyənin Antalya şəhərində uzunmüddətli yağışlı hava şəraiti nəticəsində mərkəzi bölgələri su basıb.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, xüsusən Antalyanın Kumluca rayonu ərazisində evlər və müxtəlif obyektlər güclü yağışdan zərər görüb.

 

Məlumata görə, təhsil müəssisələri fəaliyyətini dayandırıb, elektrik enerjisinin verilişində problemlər yaranıb. Bələdiyyə əhaliyə müraciət edərək yaşayış yerlərini tərk etməmək və diqqətli olmaq barədə çağırış edib.

 

Hazırda fövqəladə hallar orqanları ərazidə fəaliyyətini davam etdirir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər